• $
  • €
  • ₽
  • ₺
  • £

11 illik tam orta təhsil üzrə buraxılış imtahanı keçiriləcək

11 illik tam orta təhsil üzrə buraxılış imtahanı keçiriləcək
06.03.2025 14:04

DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.

Bu barədə  DİM-dən məlumat verilib.

Martın 9-da Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal, Abşeron (II hissə), Sumqayıt (II hissə), Naxçıvan MR, Gəncə (II hissə), Mingəçevir, Samux,Göygöl, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Ucar, İsmayıllı, Ağsu, Zərdab, Masallı, Astara, Lerik, Ağcabədi, Beyləqan,Füzuli, Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusar, Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayılda (M.Mehdizadə adına məktəb) tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 9-da Bakı şəhəri üzrə xüsusi məktəblərin (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərin, H.Əliyev və C.Naxçıvanski adına hərbi liseylərinin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə DİM-in saytından fevralın 26-dan etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 255 imtahan binası, 4430 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 255 ümumi imtahan rəhbəri, 721 imtahan rəhbəri, 5523 nəzarətçi, 773 buraxılışı rejimi əməkdaşı (mühafizə), 255 bina nümayəndəsi ayrılıb.

Martın 9-da keçiriləcək imtahanda 58732 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 70 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Qeyd edək ki, işağldan azad edilmiş Cəbrayıl rayon M.Mehdizadə adına məktəbdə tam (11 illik) orta təhsil səviyyəsi üzrə ilk buraxılış imtahanı keçiriləcək.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Cəmiyyət 17:25
MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
Cəmiyyət 17:03
Əli Məsimli fermerlərin gəlirinə 10 faizlik verginin tətbiqinə qarşı çıxıb
567 nömrəli marşrutun avtobusları yenilənir
Cəmiyyət 16:28
567 nömrəli marşrutun avtobusları yenilənir
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
Cəmiyyət 15:57
Deputat ANAMA əməkdaşları ilə bağlı təklif verib
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Cəmiyyət 15:28
DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
Cəmiyyət 14:34
Yazıçılar Birliyinin üzvü 3-cü mərtəbədən yıxılıb
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Cəmiyyət 13:55
"Din xadimlərinə dövlət qulluğuna qəbulda yeni məhdudiyyət tətbiq edilməyib" - Şura
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Cəmiyyət 12:48
Kirayə mənzil fonduna daha 91 mənzil əlavə olunub
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Cəmiyyət 12:07
Yevlax sakinləri 25 metrlik yolu keçmək üçün 8-10 kilometr yol qət edirlər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol