• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək

Sabah bu marşrutların hərəkət sxemi dəyişdiriləcək
08.05.2025 19:00

Bakının Əhməd Rəcəbli küçəsində, Uluqbəy küçəsi ilə kəsişməsindən Fətəli xan Xoyski küçəsinə qədər nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətlə əlaqədar sabahdan 2, 9, 11, 24 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemi dəyişdiriləcək.Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, 2 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla küçələri ilə hərəkət edəcək.

9 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy və Ağa Nemətulla (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

11 nömrəli marşrut Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz küçələri ilə hərəkət edəcək.

24 nömrəli marşrutun hərəkəti Əhməd Rəcəbli, Uluqbəy, Ağa Nemətulla və Təbriz (son dayanacaq) küçələri ilə təşkil olunacaq.

211 nömrəli marşrutun “ASAN xidmət” istiqamətində hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla, Uluqbəy və Əhməd Rəcəbli küçələri ilə təşkil ediləcək. Əks istiqamətdə isə avtobusların hərəkəti Zaur Nudirəliyev, Ərdəbil, Azad Hümbətov, Aşıq Molla Cümə, Fətəli xan Xoyski küçələri, daha sonra öz hərəkət sxemi üzrə təmin olunacaq.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol