• $
  • €
  • ₽
  • ₺
  • £

Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir

Temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir
04.07.2025 18:39

Azərbaycanda temperaturun yüksələcəyi, normadan artıq olacağı gözlənilir.Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, artıq bir-neçə gündür Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır:

"Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb”.

Gülşad Məmmədova qeyd edib ki, ölkədə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur:

"Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir. Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir
Cəmiyyət 11:25
Fermerlərin 80 faizindən çoxu keyfiyyətsiz kartof toxumu əkir
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Cəmiyyət 11:23
Aqrobiznes festivallarında indiyədək 300-dən çox şirkət iştirak edib
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Cəmiyyət 11:17
Azərbaycanda son 4 ildə 37 mindən çox vakansiya təhlil edilib
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
Cəmiyyət 11:10
Fazil Mustafa sahibkarların fəaliyyətinə mane olan problemləri açıqlayıb
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Cəmiyyət 11:02
İlqar Bayramlı: Yeni peşə ixtisaslarına maraq digər ixtisaslarla müqayisədə iki dəfə yüksəkdir
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Cəmiyyət 10:50
Biləcəridəki Dəmiryol Xəstəxanasının yerində yeni infrastruktur yaradılacaq
Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər
Cəmiyyət 10:41
Zaur Əliyev: Peşə təhsili aqrar sektorda yeni sahibkarların formalaşmasına imkan yarada bilər
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Cəmiyyət 10:35
Zaur Əliyev: Aqrar sektorda peşə təhsilli kadrlara tələbat artır
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Cəmiyyət 10:27
Peşə təhsili alanların sayı 40 min nəfərə çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol