• $
  • €
  • ₽
  • ₺
  • £

Qapını açmayan vətəndaşa 930 manat su borcu yazılıb/Yenilənib

Qapını açmayan vətəndaşa 930 manat su borcu yazılıb/Yenilənib
05.09.2025 13:41

(Yazıya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qara hərflərlə mövqeyi əlavə olunub) 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi son üç ay ərzində qapını açmadığı üçün bir vətəndaşa 930 manat məbləğində su borcu hesablayıb. Bu barədə şikayətçi anews.az-a məlumat verib.

Vətəndaşın sözlərinə görə, sonuncu ödənişi mayda edib və aylıq orta su borcu 20-30 manat civarında olub. Lakin Agentliyin qaynar xətti ilə əlaqə saxladıqda bildirilib ki, sayğaca baxış mümkün olmadığından ortalama hesabla borc yazılıb.

“Bina evində yaşayıram. Heç bir sayğaca baxılmadan bu qədər borc necə müəyyən olunub, anlamıram”, –  şikayətçi bildirib.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məsələ ilə bağlı bildirib ki, bəzi hallarda vətəndaşlar qapını açmayanda sistem orta aylıq sərfiyyata əsasən məbləğ çıxarır. 

"Ünvana baxış keçirilib. sayğac göstəricləri qeydə alınıb. Yazılan əlavə məbləğlə bağlı düzəliş ediləcək. Bəli, bəzi hallarda aylarla vətəndaşlar qapını açmayanda sistem orta aylıq sərfiyyata əsasən məbləğ çıxarır. Lakin bununla bağlı heç bir narahatlıq yoxdur, real sayğac göstəricisi əsasında yazılan məbləğə düzəliş edilir", - açıqlamada deyilir. 

Gülnar Nazimqızı 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol