• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib

DYP sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib
22.10.2025 18:30

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtobuslarla sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslərə çağırış edib.

Çağırışda bildirilib ki, bu gün Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə "Nəqliyyatda və sərnişindaşımada yanğın təhlükəsizliyi" mövzusunda AYNA-da keçirilən tədbirdə çıxış edən Baş Dövlət Yol Polisi İdarəsinin təmsilçisi texniki-təhlükəsizlik baxımından istismara yararsız nəqliyyat vasitələrinin yanğına meyilli olması, belə halların yol hərəkəti təhlükəsizliyinə ciddi təhdid yaratması barədə daşıyıcı şirkət nümayəndələrinə geniş məlumat verib.

Bununla yanaşı, nəqliyyat vasitələrinin saz vəziyyətdə saxlanılması, vaxtında texniki baxışa təqdim edilməsi, əlavə avadanlıq quraşdırılması və ya konstruksiya dəyişikliyi kimi müdaxilələrin yolverilməzliyi, həmçinin onların istifadəyə yararlı və normativ tələblərə uyğun yanğınsöndürmə vasitələri ilə təchiz edilməsinin də yanğın əleyhinə qabaqlayıcı tədbirlərdən olduğunu qeyd edən məruzəçi həyatını sürücüyə etibar edən sərnişinlərin etimadını doğrultmağın istər mənəvi, istərsə də hüquqi baxımdan məsuliyyətlı bir məsələ olmasını bir daha daşıyıcıların diqqətinə çatdırıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol