• $
  • €
  • ₽
  • ₺
  • £

Kiberpolis azyaşlılara aid pornoqrafik videolar satan şəxsləri saxlayıb

Kiberpolis azyaşlılara aid pornoqrafik videolar satan şəxsləri saxlayıb
13.11.2025 16:07

Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları “Telegram” sosial şəbəkəsində azyaşlılara məxsus pornoqrafik məzmunlu videoların paylaşılması və onlayn satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirib.

Nazirlikdən verilən məlumata görə, əməliyyat zamanı həmin kanalların adminləri – şərti adları Arif Muradov və Fərid Süleymanov olan iki nəfər saxlanılıb.

Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər “Telegram”da yaratdıqları kanallar vasitəsilə azyaşlıların iştirakı ilə çəkilmiş videomaterialların paylaşılmasını və pulla satışını təşkil ediblər. Onlar bu məqsədlə müxtəlif şəxslərin adına olan bank kartlarından istifadə edərək gəlirləri nağdlaşdırıblar.

Faktlarla bağlı araşdırma aparılır. Nazirlik xəbərdarlıq edib ki, azyaşlıların iştirakı ilə çəkilmiş və ictimai əxlaqa zidd videomaterialların paylaşılması və satışı cinayət məsuliyyəti yaradır. Bu cür halların qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol