• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir

Ermənistan qaz idxalında Azərbaycan marşrutunu nəzərdən keçirir
26.01.2026 21:53

Ermənistan İran və Gürcüstan üzərindən enerji təchizatında yaranan logistika çətinlikləri fonunda qaz idxalı üçün alternativ marşrut kimi Azərbaycan ərazisindən keçən dəmir yolu xəttini nəzərdən keçirir. Bu barədə “Sputnik-Ermənistan” məlumat yayıb.

Məlumata görə, İranda daxili qeyri-sabitlik səbəbindən nəqliyyat və gömrük sistemlərində fasilələr, həmçinin hava şəraiti ilə əlaqədar Hərbi Gürcüstan yolunun vaxtaşırı bağlanması rəsmi Yerevanı yeni logistika imkanları axtarmağa vadar edib. Alternativlərdən biri Azərbaycan üzərindən daşımalar hesab olunur.

Ermənistanın İqtisadiyyat Nazirliyi bildirib ki, Azərbaycan marşrutu Gürcüstan–Rusiya sərhədindəki “Yuxarı Lars” keçid məntəqəsi və İran istiqamətinə alternativ kimi qiymətləndirilir. Bu çərçivədə mayeləşdirilmiş təbii qazın (LNG) idxalı imkanları da araşdırılır.

Erməni ekspertlər regionda iqtisadi münasibətlərin əməkdaşlıq prinsipləri əsasında qurulmasının vacibliyini vurğulayır, sənayenin bərpası və regional istehsal zəncirlərinə inteqrasiyanın əsas prioritet olduğunu bildirirlər.

Qeyd edək ki, sülh gündəliyi çərçivəsində 2025-ci ilin noyabrından Rusiya və Qazaxıstandan buğda Azərbaycan üzərindən Ermənistana daşınır, dekabr ayından isə Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol