• $
  • €
  • ₽
  • ₺
  • £

Qida təhlükəsizliyi sahəsində yeni normativ sənədlər hazırlanıb

Qida təhlükəsizliyi sahəsində yeni normativ sənədlər hazırlanıb
27.01.2026 15:06

Qida təhlükəsizliyi sahəsində sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni normativ sənədlər hazırlanıb. Agentlik Kollegiyasının müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nda dəyişiklik layihəsi və “Yem məhsullarında məqsədli şəkildə istifadə olunmayan koksidiostat və ya histomonostatların heyvan mənşəli qida məhsullarında yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları” üzrə yeni layihə hazırlanıb.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən  verilən məlumata görə, layihələrin hazırlanmasında həm Kodeks Alimentarius Komissiyasının tövsiyələri, həm də Avropa Komissiyasının müvafiq reqlamentləri nəzərə alınıb.

“Sanitariya normalarının beynəlxalq tələblərə uyğunlaşdırılması inkişaf etmiş ölkələrin bazarlarına çıxışı asanlaşdıracaq, ölkəmizin qeyri-neft sektorunun, xüsusilə heyvan mənşəli qida məhsullarının ixrac potensialının artırılmasına mühüm töhfə verəcək”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, agentlik tərəfindən texniki normativ-hüquqi aktlar beynəlxalq standartlar, elmi, texnoloji yeniliklər əsasında hazırlanır və ətraf mühitə, canlı aləmə mümkün təsirlər nəzərə alınaraq mütəmadi yenilənir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol