• $
  • €
  • ₽
  • ₺
  • £

“Dərnəgül” deposunun inşası bərpa olunub - AYNA sədri

“Dərnəgül” deposunun inşası bərpa olunub - AYNA sədri
28.01.2026 10:46

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Bakı metrosunda 10 yeni stansiyanın tikintisi nəzərdə tutulur və bu, metro tarixində qısa müddətdə reallaşdırılması planlaşdırılan ən iri genişlənmə mərhələlərindən biri olacaq. Stansiyalardan birinin 2026-cı ildə istismara verilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev Dövlət Proqramının 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Rzayevin sözlərinə görə, uzun fasilədən sonra “Dərnəgül” elektrik deposunun inşası davam etdirilib. Paralel olaraq, “28 May” stansiyası ərazisində xətlərin ayrılması layihəsi çərçivəsində iki nöqtədə şaxtaların qazıntısına başlanılıb.

O əlavə edib ki, “İçərişəhər” stansiyasından sonra dönmə kamerasının inşası üçün aidiyyəti qurumlarla kommunikasiyalar dəqiqləşdirilib və sahə tikinti işlərinə hazır vəziyyətə gətirilib. “Həzi Aslanov” stansiyasının dalan yolunda isə yenidənqurma işləri növbəti mərhələyə çatdırılıb.

AYNA rəhbəri həmçinin qeyd edib ki, B4 layihə adlı stansiyada ötən il ərzində təmir və tikinti işləri sürətlə davam etdirilib.


2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı Bakı və Abşeron üzrə metro infrastrukturunun genişləndirilməsi, xətlərin ayrılması ilə buraxılış qabiliyyətinin artırılması və operativliyin yüksəldilməsini hədəfləyir. Rəsmi açıqlamalara görə, yeni stansiyalar və depo layihələri sərnişin axınının optimallaşdırılması, pik saatlarda sıxlığın azaldılması və şəhərdaxili mobilliyin artırılması məqsədi daşıyır.

Aytac Zeynalova 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol