• $
  • €
  • ₽
  • ₺
  • £

Çətin həyat şəraitində olan uşaqların aşkarlanması üçün məsul qurum müəyyən edilir

Çətin həyat şəraitində olan uşaqların aşkarlanması üçün məsul qurum müəyyən edilir
28.01.2026 11:13

Azərbaycanda çətin həyat şəraitində olan uşaqların aşkarlanması üzrə məsul qurumun müəyyən edilməsi planlaşdırılır. Bununla bağlı yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsindən irəli gələrək “Sosial xidmət haqqında” qanuna yeni maddənin əlavə edilməsi təklif olunur.

Dəyişiklik Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən, çətin həyat şəraitində olan uşaqların yetkin şəxslərlə müqayisədə özünümüdafiə və müstəqil müraciət imkanlarının məhdud olması onların aşkarlanması zamanı təcili və təxirəsalınmaz tədbirlərin görülməsini zəruri edir. Bu isə məsul qurumun üzərinə konkret vəzifələr qoyur.

Təklifə görə, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar (valideyn himayəsindən məhrum olmuş uşaqlar istisna olmaqla) çətin həyat şəraitində olan uşaqları aşkarlayan qurum kimi müəyyən edilir. Bununla əlaqədar olaraq “Sosial xidmət haqqında” qanuna və Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnaməyə yeni normaların daxil edilməsi nəzərdə tutulur.

Layihədə qeyd olunur ki, komissiyalar aşağıdakı halları müəyyən edəcək:
— uşaqların əlilliyinin olması;
— yetkinlik yaşına çatmayanların baxımsızlığı və ya sosial təhlükəli vəziyyətdə olması;
— xəstəlik, əlillik və ya ahıllıq səbəbindən özünəqulluq qabiliyyətinin olmaması;
— şəxsə və ya ailəyə qulluq göstərə biləcək əmək qabiliyyətli qohumların və ya qanuni nümayəndələrin mövcud olmaması.

Eyni zamanda bildirilib ki, son illər ailə qanunvericiliyinə edilən dəyişikliklər nəticəsində prokurorluğun uşaq hüquqlarının qorunması sahəsində səlahiyyətləri genişləndirilib. Prokurorluq həmçinin cinayət və inzibati xətalar üzrə işlərdə uşaq hüquqlarının təmin olunmasına prosessual nəzarət həyata keçirir. Bu baxımdan təklif olunur ki, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini həyata keçirən qurumlar sırasında prokuror da yer alsın.

Gülnar 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol