• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Astara dəmir yolu xətti 2028-ci ilə qədər modernizasiya ediləcək

Bakı-Astara dəmir yolu xətti 2028-ci ilə qədər modernizasiya ediləcək
28.01.2026 12:27

Bakı-Astara dəmir yolu xəttində modernizasiya işləri 2028-ci ilə qədər tamamlanması planlaşdırılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müavini Rəhman Hümmətov məlumat verib.

Onun sözlərinə görə, modernizasiya işləri başa çatdıqdan sonra həmin istiqamətdə sərnişin daşımaları mümkün olacaq.

Hümmətov bildirib ki, Astara istiqamətində bəzi yolların mövcud vəziyyəti əlavə işlərin aparılmasını tələb edir. O, xüsusilə ötən ilin sonunda Rusiya ilə imzalanmış sazişi xatırladıb. Sazişdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və mövcud xəttin modernizasiyası nəzərdə tutulub.

“İşləri başa çatdırmadan və təhlükəsizliyi tam təmin etmədən sərnişin daşımalarının bərpasını tərəfdar deyilik. 2028-ci ilə qədər yolun modernizasiyasını nəzərdə tuturuq və həmin dövrdə artıq sərnişindaşımanın bərpası mümkün olacaq. Yeganə məhdudiyyət yoldakı cari vəziyyətdir və təhlükəsizlik baxımından modernizasiya bitmədən sərnişin qatarlarının buraxılması arzuolunan deyil",  nazir müavini deyib. 


Bakı-Astara dəmir yolu xətti “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsidir və regionda yük və sərnişin daşımalarının optimallaşdırılması üçün strateji əhəmiyyət daşıyır. Modernizasiya işləri xəttin təmiri, təhlükəsizlik standartlarının yüksəldilməsi və sərnişin xidmətlərinin bərpası istiqamətində həyata keçiriləcək.

Gülnar Nazimqızı 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Cəmiyyət 16:59
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol