• $
  • €
  • ₽
  • ₺
  • £

Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub

Ürək transplantasiyası Azərbaycanda icbari tibbi sığorta ilə əlçatan olub
31.01.2026 16:18

Ürək transplantasiyası texniki cərrahi müdaxilə olmaqla yanaşı, yüksək maliyyə və institusional resurslar tələb edən kompleks prosesdir və bu əməliyyatların vətəndaşlar üçün əlçatanlığı sığorta sisteminin dəstəyindən asılıdır, bunu Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev deyib.

Musayev Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada bildirib ki, icbari tibbi sığortanın tətbiqi nəticəsində ürək transplantasiyası əməliyyatları artıq dövlət hesabına icra olunur.

Onun sözlərinə görə, Qafqazda ilk ürək transplantasiyasının Azərbaycanda həyata keçirilməsi ölkənin bu sahədə regional liderliyini təsdiqləyib. Musayev qeyd edib ki, 2025-ci ildə Azərbaycanda ilk dəfə beyin ölümü qeydə alınmış donordan orqan transplantasiyası icra olunub və ötən il iki uğurlu ürək transplantasiyası əməliyyatı həyata keçirilib.

Milli Məclisin Səhiyyə komitəsinin sədri akademik Əhliman Əmiraslanov bildirib ki, uğurlu ürək transplantasiyalarından sonra ölkədə donor olmaq istəyənlərin sayı artıb.

Onun sözlərinə görə, bu sırada parlament üzvləri də var və əsas problem hələ də donor çatışmazlığı olaraq qalır.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov çıxışında deyib ki, orqan transplantasiyası ilə bağlı qanunun qəbul edilməsi hüquqi bazanı gücləndirib və 2024-cü ildən etibarən ölkədə beyin ölümü diaqnozu qoyulmağa başlanıb.

Nazir müavini qeyd edib ki, ailələrlə aparılan danışıqlar və maarifləndirmə işləri donor orqan transplantasiyasının genişlənməsinə imkan yaradıb.

Zeynalov bildirib ki, ilkin mərhələdə 2025-ci ildə yalnız bir transplantasiya gözlənilsə də, faktiki göstəricilər daha yüksək olub. Onun sözlərinə görə, ürək transplantasiyası həm psixoloji, həm də tibbi risklər daşısa da, bu baryerlər mərhələli şəkildə aradan qaldırılıb.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova isə bildirib ki, hazırda Azərbaycanda mindən çox şəxs orqan transplantasiyasına ehtiyac duyur və 4 642 nəfər dializ müalicəsi alır. Onun sözlərinə görə, ilk meyitdən orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1 200 nəfəri keçib.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol