• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb

Bakıda Xalq artistinin oğlu döyülüb, bir nəfər saxlanılıb
31.01.2026 16:44

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın oğlu, 1981-ci il təvəllüdlü Artur Balıyev Bakıda bir qrup şəxsin hücumuna məruz qalıb. Hadisə ilə bağlı araşdırma aparılır. Bu barədə Qafqazinfo məlumat yayıb.


Artur Balıyev bildirib ki, insident yanvarın 30-u axşam saatlarında Binəqədi rayonunun 8-ci mikrorayon ərazisində, Əcəmi Naxçıvani küçəsində baş verib. Onun sözlərinə görə, naməlum şəxslər telefon zəngi ilə anasına məxsus avtomobillə bağlı iddia irəli sürərək onu hadisə yerinə çağırıblar.


Balıyev bildirib ki, qarşı tərəf anasına məxsus avtomobilin başqa bir avtomobilə ziyan vurduğunu iddia etsə də, bunu əsaslandırmaq mümkün olmayıb. Bundan sonra mübahisə kəskinləşib və o, fiziki hücuma məruz qalıb.


Zərərçəkən bildirib ki, aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və hadisə barədə polisə məlumat verib. Fakt üzrə araşdırma Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Şöbəsi tərəfindən aparılır.


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı Artur Balıyevin izahatı alınıb. Onun sözlərinə görə, mübahisə zamanı Balıyevə xəsarət yetirməkdə şübhəli bilinən T.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırma davam etdirilir.


Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1981-ci il təvəllüdlü kişi yanvarın 30-da müxtəlif bədən xəsarətləri ilə tibb müəssisəsinə hospitalizasiya olunub. Həkimlər ona qasıq sümüyünün və göz orbitasının sınığı diaqnozlarını qoyublar. Pasiyentə zəruri tibbi yardım göstərilib, hazırda vəziyyəti qənaətbəxş qiymətləndirilir və müalicəsi Neyrocərrahiyyə şöbəsində davam etdirilir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol