• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat

Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır - Deputat
02.02.2026 15:24

Dünya Bankının “Business Ready” göstəricilərində Azərbaycanın mövqeyinin yaxşılaşması müsbət haldır, lakin reytinqlər iqtisadiyyatı birbaşa formalaşdırmır, əsasən xarici sərmayədarlarda inam yaradır. Bunu Milli Məclisin deputatı Razi Nurullayev bildirib.

Deputatın sözlərinə görə, əsas diqqət yerli biznes mühitinin yaxşılaşdırılmasına yönəlməlidir. O qeyd edib ki, hazırda biznes qurmaq istəyən şəxslər ideya inkişaf etdirməkdən daha çox icazələr, razılaşmalar və müxtəlif qurumların paralel tələbləri ilə məşğul olurlar ki, bu da sahibkarların enerjisini istehsal və investisiyadan uzaqlaşdırır.

Nurullayev vurğulayıb ki, məşğulluğun artımında əsas rol dövlətə deyil, biznesə məxsusdur və biznes yalnız sadə, aydın və proqnozlaşdırıla bilən mühitdə inkişaf edə bilər. Onun fikrincə, əmək münasibətlərində şəffaflıq və sosial müdafiə vacib olsa da, mexanizmlərin həddən artıq mürəkkəbliyi işəgötürənləri qeyri-rəsmi fəaliyyətə sövq edə bilər.

Deputat hesab edir ki, islahatların əsas hədəfi biznes sahəsində sənədləşmə sisteminin köklü şəkildə sadələşdirilməsi olmalıdır.

“Sahibkar dövlət orqanı ilə yox, bazar rəqabəti ilə mübarizə aparmalıdır”, -  o bildirib.

Razi Nurullayevin sözlərinə görə, beynəlxalq reytinqlərdə yüksək bal toplamaq mümkündür, lakin real nəticə yalnız o halda əldə ediləcək ki, ölkədə biznesə başlamağın asan, sərmayə qoymağın təhlükəsiz və yeni iş yerləri yaratmağın cəlbedici olduğu mühit formalaşdırılsın.

Milli Məclis “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişiklik edir. 

Qanuna əsasən, əvvəlcə 2026-cı ilə qədər nəzərdə tutulan sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2027-ci ilə qədər uzadılır.

Dəyişikliyə görə, qanun 2026-cı il yanvarın 1-dən tətbiq olunur.

Bu qərar sahibkarların fəaliyyətinin daha stabil və yoxlamalardan azad şəraitdə davam etməsinə şərait yaradacaq.

Gülnar Nazimqızı 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol