• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu almalar sənin deyil" deyən məmurla bağlı icra başçısı yeni qərar verib

"Bu almalar sənin deyil" deyən məmurla bağlı icra başçısı yeni qərar verib
03.02.2026 14:26

Sumqayıt Şəhər İcra Hakimiyyətində (ŞİH) aparılan struktur dəyişiklikləri çərçivəsində şəhər ərazisində qanunsuz küçə ticarətinə qarşı keçirilən reydlər zamanı tanınan əməkdaş Samir Bədəlovun vəzifəsi dəyişdirilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Zakir Fərəcov müvafiq əmr imzalayıb. Struktur islahatları nəticəsində ŞİH-in İstehsal və xidmət sahələri sektoru ləğv edilib və həmin sektorda Baş məsləhətçi vəzifəsində çalışan S.Bədəlov vəzifəsini itirib.

Eyni zamanda, icra hakimiyyətində yeni yaradılan Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin Memarlıq-tikinti məsələləri sektoruna Baş məsləhətçi təyinatı həyata keçirilib. Müvafiq əmrə əsasən, Samir Bədəlov yeni strukturda fəaliyyətini davam etdirəcək.

Rəsmi məlumata görə, dəyişikliklər yerli icra hakimiyyəti orqanlarında idarəetmənin optimallaşdırılması və funksional səmərəliliyin artırılması məqsədi daşıyır.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 15:52
Hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Cəmiyyət 15:40
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol