• $
  • €
  • ₽
  • ₺
  • £

“AzInTelecom” 6 ayda əldə olunan nəticələri açıqlanıb

“AzInTelecom” 6 ayda əldə olunan nəticələri açıqlanıb
31.07.2026 14:45

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 2026-cı ilin ilk 6 ayında rəqəmsal xidmətlərlə bağlı əldə edilmiş nəticələri açıqlayıb.

İlk yarımilliyin yekunlarına əsasən, şirkətin bulud xidmətlərindən istifadə edən qurumların sayı 247-yə çatıb. Bunlardan 140-ı özəl sektor nümayəndələridir. Eyni zamanda, dövlət qurumlarının informasiya sistemlərinin vahid və təhlükəsiz infrastrukturda yerləşdirilməsini nəzərdə tutan “Hökumət buludu” layihəsinə miqrasiya edən qurumların sayı 147 olub.

Şirkətin digər əsas məhsulu - SİMA yeni nəsil rəqəmsal imzanın da istifadəsi ilə bağlı müsbət dinamika müşahidə olunub. “SİMA İmza” mobil tətbiqin ümumi endirilmə sayı 7 milyona çatıb. Tətbiqdə qeydiyyatdan keçən istifadəçilərin sayı 4,5 milyon təşkil edib. SİMA həllərindən istifadə edən tərəfdaş qurumların sayı isə 139-a yüksəlib.

Hesabat dövründə ötən il istifadəyə verilmiş Superkompüter Mərkəzi süni intellekt və yüksək hesablama gücü tələb edən layihələr üçün töhfə verməyə davam edib. Hazırda Mərkəzin imkanlarından 6 müxtəlif qurum istifadə edir.

AzInTelecom-a məxsus Mobil Cihazların Qeydiyyatı Sistemi tərəfindən Azərbaycana gətirilən mobil cihazların saxta IMEI kodlarla qeydiyyatdan keçirilməsinə qarşı mübarizə tədbirləri davam etdirilib. Görülən tədbirlər çərçivəsində “klon” statusu verilmiş IMEI kodların sayı 73 056-a çatıb.

“AzInTelecom” MMC bundan sonra da ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsi, müasir texnoloji həllərin əlçatanlığının genişləndirilməsi və təhlükəsiz rəqəmsal ekosistemin inkişafı istiqamətində fəaliyyətini davam etdirəcək.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol