• $
  • €
  • ₽
  • ₺
  • £

"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub

"QHT işi" üzrə ittiham olunan Bəşir Süleymanlıya hökm oxunub
19.11.2026 15:25

“Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlının cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 7 il 6 ay azadlıqdan məhrum edilib.

Dövlət ittihamçısı Bəşir Süleymanlının 9 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Bəşir Süleymanlı ötən ilin mart ayında saxlanılıb və ona Cinayət Məcəlləsinin 313-cü (Vəzifə saxtakarlığı), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri - hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin, xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.

Cinayət işi üzrə ittiham edilənlərin bir qismi ilə bağlı məhkəmə hökmləri çıxarılıb

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
Cəmiyyət 16:23
Azərbaycanda bu il narkotiklə bağlı 60 əcnəbi saxlanılıb
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
Cəmiyyət 16:23
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər
Cəmiyyət 15:57
Gələn ildən ambulator dərmanlar icbari sığorta ilə verilə bilər
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Cəmiyyət 14:54
Rusiya, Çin və ABŞ arasında üçtərəfli sammitin yekununda birgə bəyanat qəbul olunub
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Cəmiyyət 14:24
Hasil Abbasov: İşəgötürənlərlə əməkdaşlıq inzibatçılıqdan strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmalıdır
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Cəmiyyət 12:54
Azərbaycana gətirilən 293,4 kq şokoladlı meyvə məhsulu məhv edilib
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Cəmiyyət 12:31
Xocalının Daşbulaq kəndində tut bağlarında 250 nəfər işlə təmin olunub
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Cəmiyyət 12:28
Damazlıq heyvanların alınmasına görə fermerlərə 24 milyon manat güzəşt ayrılıb
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Cəmiyyət 12:25
Fermerlərə 254 milyon manat əkin subsidiyası ödənilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol