• $
  • €
  • ₽
  • ₺
  • £

Paytaxtda ən hündür yolka - Video

Paytaxtda ən hündür yolka - Video
28.05.2020 23:11
Paytaxtda Yeni ildə ən hündür yolka 37 metr hündürlüyündə Azadlıq meydanının qarşısında ucaldılacaq.

ANN.Az ANS TV-yə istinadən xəbər verir ki, Yeni ilin gəlişinə 20 gün qalmasına baxmayaraq artıq paytaxtda bayram ab havası yaşanır. Bayramın əsas atributu olan yolkalar quraşdırılır, ağaclar rəngarəng işıqlarla bəzədilir. Hər il olduğu kimi bu il də paytaxtın ən hündür şam ağacı Azadlıq meydanının qarşısında ucaldılacaq. Ağacın hündürlüyü 37 metr olacaq, yolkanın quraşıdırlması üçün artıq əraziyə qaldırıcı kranlar gətirilib.

Bulvar ərazisində də yolkaların quraşdırılmsına başlanılıb. Parkın ən iri şam ağacı Kukla teatrının arxasında olacaq. Ümumilikdə isə parkda 10 şam ağacının bəzədilməsi nəzərdə tutulub. Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, hazırda yolkaların yanında olacaq şaxta baba və qarqızların seçimi aparılır.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, bayram günlərində bütün əməkdaşlar güclənrilmiş iş rejimində işləyəcəklər. Yaxın 10 gün ərzində Bulvarın yeni hissəsində, o cümlədən Qız qalası, Azneft meydanı ərazisində də şam ağaclarının bəzədilməsinə başlanılacaq. Bu yarmarkada yeni il oyuncaqlarından tutmuş geyimlərə, ətriyyata, suvenirlərə, qab –qacağa bir sözlə hər şeyə rast gəlmək mümkündür. Qiymətlərsə münasibdir. Satıcılar məhsullara tələbatın xüsusilə axşam saatlarında daha çox olduğunu deyirlər. Yarmarkaya gələnlərin diqqətini daha çox cəlb edənsə yeni il atributlarını özündə əks etdirən bu fincan və nəlbəkilər, duz qablarıdır. S atıcıların sözlərinə görə, yeni illə əlaqədar bu fincan və nələbəkilərə tələbat daha çoxdur .

Yarmarka xeyriyyə məqsədilə təşkil olunub. Burdan yığılan vəsait əsasən uşaqlar, qocalar evinə bağışlanacaq. Yarmarka dekabrın 31-dək davam edəcək.

 
 
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Cəmiyyət 14:58
Sumqayıtda beş avtomobil toqquşub, xəsarət alanlar var
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
Cəmiyyət 13:30
Qaradağda evdən 7 050 manatlıq qızıl-zinət əşyaları oğurlanıb
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Cəmiyyət 13:04
МВД: Накануне задержаны 59 подозреваемых в различных преступлениях
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:47
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol