Bakı-Tehran-Bakı reysi bərpa olunacaq

İran İslam Respublikasının "İran Air” aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə uçuşlarını yaxın zamanlarda bərpa edəcək.
Şirkətin Bakıdakı nümayəndəliyinin rəhbəri Müctəba Qulamian bildirib ki, hazırda bu məsələ ilə bağlı tərəflər arasında danışıqlar aparılır.
"İran Air” aviaşirkəti 1992-ci ildən Azərbaycanda iki istiqamətə Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı istiqamətlərində uçuşlar həyata keçirirdi. Ötən ilin oktyabr ayından uçuşlar dayandırıb. Hazırda Bakı-Tehran və əks istiqamətə olan uçuşları "Azərbaycan Hava Yolları” aviaşirkəti həyata keçirir.
Məlumata görə, yaxın vaxtlarda Bakı-Məşhəd aviareysinin də açılması gözlənilir. Bu reys üzrə uçuşların başlanması ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir. (AZƏRTAC )
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















