• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda investorlar yarmarkası keçirilir

Bakıda investorlar yarmarkası keçirilir
09.10.2015 11:38
Bu gün Bakıda Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı ilə "Məsuliyyətli mikromaliyyəyə aparan yol" adlı investorlar yarmarkası işə başlayıb.

"Report" xəbər verir ki, yarmarkanın məqsədi mikromaliyyə təşkilatları, banklar, kredit ittifaqları və investorlar, donorlar və xidmət təminatçıları arasında əlaqələrin yaradılması və bugünkü rəqabətli bazarda məsuliyyətli maliyyələşmə istiqamətində qabaqcıl təcrübə və yarışmaların paylaşılması, investorlar və üzv təşkilatlar arasında şəbəkələşmə və əməkdaşlığın yaradılmasıdır.

İnvestorlar yarmarkası maliyyə qurumları üçün tərəfdaş təşkilatlarla ünsiyyətdə olmaq, ideya və təcrübələrini bölüşmək, potensial biznes əlaqələri yaratmaq, yeni ideyalar üçün maliyyələşmə təməlləri axtarmaq məqsədilə imkan təqdim edən bir tədbirdir. 

Qeyd edək ki, 2015-ci il sentyabrın 1-nə Azərbaycanda 1,019 mlrd. ABŞ dolları həcmində kredit portfeli olan mikromaliyyə institutları hazırda 559 099-dan çox müştəriyə xidmət edir.

Yarmarkanın ilk hissəsi innovativ məhsullar və bazar tədqiqatlarına həsr olunmuş iki plenar sessiyadan təşkil olunub və burada müştərilər və potensial müştərilərin spesifik bazar seqmentində ehtiyacları müzakirə ediləcək. Növbəti, "Paralel borclanma və artıq borclanma" sessiyasında bazarda artan borclanmanın qarşısının alınması üzrə yollar ətrafında müzakirələr aparılacaq.

Daha sonra tədbir investorlar və xidmət təminatçıları ilə maliyyə təşkilatlarının təkbətək masa müzakirələri ilə davam edəcək. Bu sessiya qeyri-bank kredit təşkilatları, bank və lizinq təşkilatlarına daha çox təcrübə toplamaq, müasir kapital bazarındakı yeni imkanlar və texniki bacarıqların artırılması istiqamətində perspektivlərlə tanış olmaq üçün şərait yaradacaq.

AMFA-nın İdarə Heyətinin sədri Süleyman Kələşov bildirib ki, mikromaliyyə qaçqın və köçkünlərin dayağıdır, kiçik və orta sahibkarlığın əsasıdır. Azərbaycanda mikromaliyyə 17 illik tarixə malikdir: "Devalvasiya istehlakçılarda müəyyən problemlər yaradıb. BOKT-larla işimiz çətinliklərdən çıxış yollarını tədqiq etməkdir".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol