Azərbaycanda mənzil bazarında qiymətlər ucuzlaşıb

Cari ilin III rübündə mənzil bazarında qiymətlər əvvəlki rüblə müqayisədə 1,4% ucuzlaşıb.
"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ilkin mənzil bazarında qiymətlərdə 0,1% bahalaşma, təkrar mənzil bazarında isə 1,4% ucuzlaşma müşahidə olunub.
Statistikaya əsasən cari ilin sentyabr ayında mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 2,1%, elektirk enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,5% bahalaşıb, emal sənayesi üzrə 0,5% ucuzlaşıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə isə qiymətlərdə dəyişiklik baş verməyib. Ümumilikdə sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7% bahalaşıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















