Nissan Maxima ucuz qiymətə satıldı

Oktyabrın 20-də artıq 5-ci dəfə idi hərraca çıxarılan 1998-ci il istehsalı olan Nissan Maxima satılıb.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) Oxu.Az-a bildirilib.
Komitənin məlumatına görə, adıçəkilən avtomobil elə start qiymətinə, yəni 950 manata satılıb.
Onu da əlavə edək ki, Bakının avtomobil bazarında 1998-ci il istehsalı olan Nissan Maximanın qiyməti 4500 dollar və ya 4716 manatdır.
Qeyd edək ki, hərraca çıxarılan 1996-ci il istehsalı olan Hyundai H 100-12 bu dəfə alıcısı tapılmayıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















