• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni dövlət standartları təsdiq edildi

Azərbaycanda yeni dövlət standartları təsdiq edildi
05.11.2015 15:20
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bir neçə dövlət standartı və təsnifatını təsdiq edib.

Məlumata görə, Komitə tərəfindən "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” (AZS 599-2015), "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” (AZS 848-2015), "Qaz kəmərləri üçün polietilen borular.Texniki şərtlər” (AZS 853-2015), "Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” (AZS 854-2015) dövlət standartları, "Bələdiyyələrin statistik ərazi təsnifatı” (AZT 049-2015) təsdiq edilib.

Qeyd edək ki, "Nəqliyyat vasitələri və onların qoşqularının dövlət qeydiyyat nişanları. Tipləri və əsas ölçüləri. Texniki tələblər” standartı mövcud standarta dəyişikliklər edilməklə hazırlanıb və avtomobil, avtobus, motosikl, motoroller, motoaraba, traktor və avtomobil traktor qoşqularının, eləcə də onlara bərabər tutulan nəqliyyat vasitələrinin tanınması üçün istifadə olunan dövlət qeydiyyat nişanlarına şamil olunur.

Digər, "Qida təhlükəsizliyi idarəetmə sistemləri - Qida zəncirində iştirak edən təşkilatlar üçün tələblər” standartı qida zəncirində iştirak edən bir təşkilatda, qidanın istehlakı zamanı onun təhlükəsiz olmasını təmin etmək və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək qabiliyyətini nümayiş etdirmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə aid tələbləri müəyyən edir.

"Qaz kəmərləri üçün polietilen borular. Texniki şərtlər” standartı sənaye və kommunal-məişət istifadəsi üçün xammal və yanacaq qismində nəzərdə tutulan yanar qazları nəql edən polietilen yeraltı qaz kəmərlərinə şamil edilir.

"Təzyiqsiz yeraltı drenaj və çirkab suları üçün plastik boru sistemləri. Daxili səthləri hamar və xarici səthləri profilli B tipli borular, birləşdirici hissələr və sistem üçün xüsusiyyətlər” standartı təzyiqsiz, yeraltı, drenaj və çirkab su sistemlərində istifadə edilən, plastikləşdirilməmiş polivinilxlor (PVC-U), polipropilen (PP) və polietilendən (PE) əsaslı, profil divarlı borular, birləşdirici hissələr və sistemlər üçün təriflər və xüsusiyyətləri əhatə edir.

"Bələdiyyələrin statistik ərazi təsnifatı” iqtisadi və sosial informasiya təsnifatı olmaqla "Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunu və digər müvafiq normativ-hüquqi aktları əsas götürülməklə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanıb. Bələdiyyələrin statistik ərazi təsnifatında hər bir bələdiyyənin adı və həmin bələdiyyənin əhatə etdiyi ərazi vahidlərinin və onların müvafiq kodlarının siyahısı verilib.

Standartlar və təsnifat Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün təqdim edilib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol