• $
  • €
  • ₽
  • ₺
  • £

Baş mühəndis: "İlkin ehtimalla, yanan qaz quyularıdır"

Baş mühəndis: "İlkin ehtimalla, yanan qaz quyularıdır"
08.12.2015 12:24
"Baş vermiş hadisə əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının pozulması ilə əlaqədar baş verməyib".

 "Report" xəbər verir ki, bunu SOCAR-ın "Azneft" İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, yüksək sürətli "uraqan" statuslu küləyin olması "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə bu bədbəxt hadisənin baş verməsinə səbəb olub: "Ümumilikdə, SOCAR-ın strukturlarında təhlükəsizliyin təmin olunması, əməyin mühafizəsi ilə əlaqədar görülən işlər davamlı bir prosesdir. Həmişə görülüb, indi də görülür və gələcəkdə də görüləcək".

Baş mühəndis bildirib ki, yanğın hazırda quyularda gedir: "Yanğın quyulardan başqa yerdə getmir, ilkin ehtimalla, yanan qaz quyularıdır. Orada 28 qaz quyusu var, onlardan bir neçəsi yanır - 28 quyunun hamısı yanmır. Çünki o quyuların 80%-i qazliftlə işlədiyinə görə, qazlift kəsilən kimi avtomatik şəkildə özləri dayanır".
B.Ağarəhimov qeyd edib ki, qəza baş verən günü havanın küləkli olması, yanğının tez söndürülməməsi, quyularda, avadanlıqlarda deformasiya yaradıb, bu da bəzi quyularda yanğına səbəb olub.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol