“Instagram” şəbəkəsində şəhərlərin populyarlıq reytinqi açıqlandı

"Instagram” fotoşəkil mübadiləsi servisi 2015-ci ilə yekun vuraraq dünyanın ən populyar şəhərlərinin reytinqini açıqlayıb.
Reytinqə görə, birinci yerdə Nyu-York, ikinci və üçüncü pillədə Paris və London, dördüncüdə isə Moskva qərarlaşıb. Rusiya paytaxtı gözlənilmədən ənənəvi olaraq lider mövqelər tutan Los-Anceles, İstanbul və San-Paulu şəhərlərini geridə qoyub.
Dünyanın ən populyar heşteqi "#Love” seçilib. Ürəkşəkilli emodzi ilin ən çox istifadə olunan smayliki olub.
Populyar fotolar arasında gözlənildiyi kimi, Kendall Cennerin şəkli liderdir. Daha bir ulduz - Kayli Cenner buraxılış gecəsindən olan fotoşəkli ilə siyahıda dördüncü yeri tutub. Ən populyar beşlikdə Teylor Sviftin iki şəkli yer alıb.
Qeyd edək ki, 2010-cu ilin oktyabrında fəaliyyətə başlayan "Instagram” sosial şəbəkəsinin auditoriyası 400 milyon nəfəri ötür, - "www.therunet.com” yazır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























