• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verdi

Unibank Dünya Bankının layihəsi çərçivəsində ilk krediti verdi
29.12.2015 16:08
Unibank kənd təsərrüfatının inkişafına dəstək istiqamətində daha bir layihənin icrasına başladı.

Bank kənd təsərrüfatına dəstək layihəsi çərçivəsində Dünya Bankının vəsaiti hesabına ilk kreditini ayırdı. Dünya Bankı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığının nəticəsi olan layihənin məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara kömək olmaqdır.

"Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi " adlanan bu layihə çərçivəsində Unibank kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən müəssisələrə 500 000 ABŞ dollarınadək sərfəli kredit təklif edir. Kreditlər 7 ilədək müddətə verilir. Layihənin məqsədi Azərbaycanın aqro-ərzaq sektorunda fəaliyyət göstərən aqrobiznes müəssisələrinin rəqabətliliyinin, istehsalın, keyfiyyətin artırılması və texnologiyaların təkmilləşdirilməsinə dəstək olmaqdır. Kredit müştərinin istəyinə uyğun olaraq manat və ya ABŞ dolları ilə verilə bilər.

Bu layihə çərçivəsində kredit götürmək istəyən sahibkarlar Unibank- biznesə dəstək sahəsində ixtisaslaşmış "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül” və "Unibank- biznes mərkəzi” filiallarına müraciət edə bilərlər. Həmçinin sahibkarlar bankın "Yasamal”, "8 saylı” və bütün region filiallarının xidmətlərindən də faydalana bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az ,https://twitter.com/unibank ) əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Unibank-hər kəsin bankı!


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol