• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadçı dollarla krediti olanlar üçün Qazaxıstan təcrübəsini təklif edir

İqtisadçı dollarla krediti olanlar üçün Qazaxıstan təcrübəsini təklif edir
11.01.2016 11:33
"Dollarla krediti olan vətəndaşlarımız ödəniş edən zaman məzənnənin seçilməsi ilə bağlı çətinliklərlə üzləşirlər. 

İqtisadi və Sosial İnkişaf Mərkəzinə (CESD) edilən müraciətlər göstərir ki, bəzi banklar ötən həftə hətta hər dollara 1.80 manat kursu ilə ödəniş etməyi tələb ediblər. Bu isə o deməkdir ki, 200 dollar ödəniş edən kredit borcu olan vətəndaş Mərkəzi Bankın rəsmi məzənnəsinə əsasən ödəniş etsəydi 321 manat xərci olacaqdı, "qara bazar” kursu ilə isə 360 manat ödəmili olublar”.

Modern.az saytının verdiyi xəbərə bunu iqtisadçı, alim Vüqar Bayramov dollarla olan kreditlərin ödənişlərində yaranmış problemlərə münasibət bildirərəkən deyib.

O qeyd edib ki, insanlar hər 200 dollarda rəsmi məzənnə ilə müqayisədə 39 manat artıq ödəyiblər:

"Aylıq ödəniş yüksək olan vətəndaşlarımızda isə bu daha böyük rəqəmlər ilə ifadə olunur. Məsələn, 500 dollar aylıq ödənişi olan üçün bu fərq 100 manata yaxındır. Kommersiya bankların məzənnəsinə Mərkəzi Bank tərəfindən müəyyənləşdirilən 4 faizlik marjın problemini həll edəcəyinə inanmaq doğrdu olmazdı. Çünki, hələlik əksər kommersiya bankları və valyuta dəyişmə məntəqələri dollar satışına fasilə verərək gözləmə mövqeyinə üstünlük verirlər".

V.Bayramov bildirib ki, son vaxtlar bir sıra qaydalar qəbul edən və eyni zamanda ləğv edən Mərkəzi Bankın vətəndaşlar üçün əlavə xərc yaradan prosesə müdaxilə etməsinə ehtiyac var:

"Qanunvericiliyə əsasən ödəniş kommersiya banklarındakı mövcud məzənnəyə əsasən aparılmalıdır".

Amma nəzərə almaq lazımdır ki, əksər banklardakı məzənnə vətəndaşın deyil, bankın maraqlarına uyğun olur. Hər bankın öz kursu olduğundan 200 dollarlıq aylıq ödəniş edən vətəndaşlar bir bankda çox, başqasında nisbətən az vəsait ödəyirlər.

Bu baxımdan, Mərkəzi Bankın dollar ilə ödənişlərin həmin günə rəsmi kursa əsasən aparılması ilə bağlı qaydanın qəbul etməsinə və qanunvericiliyə uyğun dəyişikliklərin edilməsin ehtiyac var. Borcu olan şəxs kommersiya bankının öz maraqlarına uyğunlaşdırdığı kursa deyil, Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun ödəniş etməlidir ki, banklar tərəfindən aldadılmasın. Aylıq ödənişin Mərkəzi Bankın rəsmi məzənnəsinə uyğun olaraq manatla edilməsinin yeni qaydalara daxil edilməsi vacibdir. Bu arada inanmaq istərdim ki, ikinci devalvasiyadan sonra xarici valyuta ilə kreditləri olanlar üçün Qazaxıstan təcrübəsinə uyğun olaraq dövlət tərəfindən kompensasiyanın ödənilməsi ilə bağlı təkilfim də yaxın zamanlarda Mərkəzi Bank tərəfindən dəyəndiriləcək”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol