"Bloomberg": Bu il Azərbaycan iqtisadiyyatı 2,4% böyüyəcək

"Bloomberg" agentliyi 2016-cı il üzrə Azərbaycanda Ümumi Daxili Məhsul istehsalı ilə bağlı proqnozunu açıqlayıb.
"APA-Economics"in xəbərinə görə, Azərbaycanda bu göstərici cari ildə 2,4% təşkil edəcək.
Türkiyə və Gürcüstanda ÜDM-in 3% artacağı gözlənilir.
Qazaxıstanda bu göstərici 2% təşkil etdiyi halda, Rusiyada 0,5% geriləmə müşahidə olunacağı proqnozlaşdırılır. Ümumiyyətlə, Rusiya Ekvador (-0,5%), Yunanıstan (-1,8%), Braziliya (-2,5%) və Venesuela (-3,3%) ilə birlikdə siyahının "dibində” qərarlaşıb.
Siyahının lideri Hindistandır - ekspertlər bu ölkədə ÜDM-in 7,4% artacağını proqnozlaşdırır.
Maraqlıdır ki, iqtisadi çətinliklərə başı qarışan Çində 6,5%-lik artımın olacağı gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























