Üzən məzənnə rejiminə keçiddən sonra manat ilk dəfə olaraq bahalaşıb

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan dolların manata qarşı rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən "APA-Economics”ə verilən məlumata görə, yanvarın 13-ə USD/AZN rəsmi məzənnəsi 1,5682 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, bu günə olan USD/AZN məzənnəsi 1,5685 olub. Beləliklə, dollar manata qarşı 0,0003 manat və 0,02% zəifləyib.
Əlavə edək ki, AMB-nin İdarə Heyətinin ötən ilin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra manat ilk dəfə olaraq dollara qarşı möhkəmlənib. Ötən ilin dekabrın 21-də USD/AZN məzənnəsi 1,55 olub və bundan sonra hər gün dollar möhkəmlənib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























