• $
  • €
  • ₽
  • ₺
  • £

Elman Rüstəmov: "Əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq"

Elman Rüstəmov: "Əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq"
19.01.2016 11:50
 
Bu ilin fevralın 1-dən etibarən əhalinin əmanətlərindən gəlir vergisi tutulmayacaq.
 
"APA-Economics"in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi və hüquq siyasəti komitəsinin birgə iclasında Mərkəzi Banklın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
 
E. Rüstəmov bildirib ki, indiki dövrdə əhalinin əmanətləri əhalinin ən mühüm qazanc mənbələrindən biridir: "Statistikaya görə, Azərbaycan əhalisi il ərzində əmanətlərdən 500 milyon əldə edir və "Əmanətlərin sığortalanması haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin qəbulundan sonra əhalinin əmanətlərdən gəliri daha da sabitləşəcək. Bildiyiniz kimi, əhalinin əmanətlərindən vergi tutulması məsələsi güzəşti 2015-ci ilə qədər qüvvədə idi. 2015-ci ildə bu güzəşt ləğv olunub və artıq bu güzəşt yenidən tətbiq olunmağa başlayacaq. Bu da rezident və qeyri-rezident əmanətçiləri əhatə edəcək. İlkin rəqəmlərə görə, bütövlükdə 9,5 milyard manat əhalinin əmanəti var və bu əmanətdən onlar 93 milyon manat gəlir əldə edirlər. Güzəştin tətbiqi 93 milyon manat gəlirin əmanətçilərin sərəncamında qalmasına imkan verəcək. Bu vəsait dövlət büdcəsi hesabına əhaliyə geri qaytarılacaq".
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol