• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan ötən il avtomobil idxalını 58% azaltdı

Azərbaycan ötən il avtomobil idxalını 58% azaltdı
22.01.2016 13:48
Ötən il Azərbaycana 26 785 ədəd avtomobil idxal edilib. 

"Report"un Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2014-cü illə müqayisədə 36 583 ədəd yaxud 57,73% azdır.

Məlumata görə, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 471 ədəd yaxud 1,4 dəfə artaraq 816 ədəd olub.

Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 33 850 ədəd yaxud 58,75% azalaraq 23 765 ədədə düşüb.
DGK-nın açıqlamasında deyilir ki, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2014-cü ilə nisbətən 3 093 ədəd yaxud 61,20% azalaraq 1 961 ədədə çatıb.

Qurum, həmçinin xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxal sayında da azalma olduğunu elan edib. Belə ki, 2014-cü ilə nisbətən 2015-ci ildə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxalı 111 ədəd yaxud 31,36% azalaraq 243 ədədə bərabər olub.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol