Bakı yollarında sürət həddi azaldıldı

Bakının bəzi küçə və prospektlərində əlverişsiz hava şəraiti ilə əlaqədar sürət həddi aşağı salınıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Oxu.Az-a verilən məlumata görə, sürət həddinin azaldılması ilə əlaqədar elektron tablolarda dəyişiklik edilib.
Belə ki, "Koroğlu" metro stansiyasından başlayaraq Bakının Böyükşor yol qovşağı - Heydər Əliyev Beynəlxalq Aeroportu - Mərdəkan dairəsi - Bilgəh, eləcə də Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu yollarında hərəkət sürəti aşağı salınıb.
Sözügedən yollarda sürət həddi müvafiq olaraq, zolaqlar üzrə sürət həddi 20 km/saat azaldılıb - 120 km/saat-dan 100-ə, 100 km/saat-dan 80-ə, 80 km/saatdan 60-a endirilib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















