Türkmənistan sahillərində meyiti tapılmış neftçinin kimliyi bilindi

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
SOCAR-dan "APA-Economics”ə verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.
Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























