• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın yerli üzüm genofondu məhv olmaq üzrədir

Azərbaycanın yerli üzüm genofondu məhv olmaq üzrədir
03.02.2016 18:56
Hazırda ölkə ərazisinin 75%-də xarici üzüm növləri əkilir

 Azərbaycanın tanınmış yerli üzüm növləri sürətlə sıradan çıxır. Bu, əsasən Azərbaycanda üzümçülüyün genişləndirilməsi üçün ölkəyə xarici üzüm növlərinin gətirilməsi səbəbindən baş verir. Bu barədə "Report"a Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutundan (ETÜŞİ) bildirilib.
Belə ki, Cəlilabad, Şamaxı, Qəbələ və digər rayonlar da daxil olmaqla, ölkənin təxminən 75% hissəsində sürətlə xarici üzüm növləri əkib-becərilir. Əcnəbi üzüm növləri Azərbaycana əsasən Fransa, İspaniya, İtaliya, Gürcüstandan gətirilir.

Bundan başqa, elmi müəssisənin mütəxəssisləri qeyd edirlər ki, ölkədə ənənəvi üzümçülüyün inkişafına zərərvericilər də əngəl törədir. Üzümçülükdə ən böyük təhlükə sayılan filloksera xəstəliyidir ki, öz kökü üzərində yetişən üzüm tinglərini məhv edir. ETÜŞİ-nin məlumatına görə, hər il Azərbaycanda öz kökü üzərində bitən 100 minə yaxın üzüm tingi istehsal olunsa da, bu, tələbatı ödəmir. Çünki Azərbaycan ərazisi, Abşeron yarımadası istisna olmaqla, filloksera zərərvericisinə tamamilə yoluxub və belə tinglər geniş becərilmə üçün tövsiyə olunmur. Belə ki, 3, 5, maksimum 10 ildən sonra öz kökü üzərində yetişən üzümlüklər bu xəstəlik nəticəsində tamamilə məhv ola bilər. 

"Bu iş böyük vəsait tələb etdiyi üçün İnstitutun buna gücü çatmır. Xəstlik ölkə ərazisinə ildırım sürəti ilə sirayət etdiyi üçün fermerlər xaricdən ting almalı olurlar", - deyə İnstitutdan bildirilib.

Azərbaycan alimləri üzümçülükdə məhsuldarlığın aşağı olmasının səbəblərinə da aydınlıq gətiriblər. Onlar hesab edirlər ki, Azərbaycana müxtəlif ölkələrdən gətirilən üzümlərə eyni aqro-texniki becərmə texnologiyası tətbiq olunur ki, bu da məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır.
Qeyd edək ki, ETÜŞİ tərəfindən Azərbaycanın yerli üzüm genofondunun məhv olmasının qarşısını almaq üçün son 3-4 ildə Kənd Təsərrüfatı Nazirliyinə təkliflər təqdim edilib. Nazirlik tərəfindən layihə müsbət rəy alaraq, İqtisadiyyat Nazirliyinə (İN) göndərilib. Hazırda bununla bağlı İN-dən cavab gözlənilir.
Dəyəri 2 mln. manata yaxın olan layihə ölkədə xüsusi üzümçülük təsərrüfatlarının yaradılması, müasir üzüm bağlarının salınması, zərərvericilərə qarşı mübarizənin təşkilini nəzərdə tutur. Alimlər hesab edilər ki, ölkədə üzümün calaq-ting istehsalının təşkili zəruridir. Hər il 1-2 mln. ədəd ting istehsal edən üzümçülük təsərrüfatları yaradılmalıdır.

Mütəxəssislər qeyd edirlər ki, Türkiyə, İspaniya, İtaliya, Fransa, Gürcüstanda xüsusi üzümçülük təsərrüfatları yaradılıb: "Bu təsərrüfatlar zavod kimi böyük bir müəssisələrdir və buna böyük vəsait lazımdır. Orada anaclıq bağları salınmalıdır. Məsələn, 20 ha sahədə davamlı calaqaltı və yerli növlər üçün anaclıq bağlar olmalıdır. Bu əkin materialı tədarük olunduqdan sonra, tingçilik təsərrüfatında calaq olur və yetişdirilir, daha sonra isə fermerlərə tövsiyə olunur".
Qeyd edək ki, 2014-cü ilin məlumatına görə, ölkədə üzümlüklərin sahəsi 15 min ha təşkil edib, üzüm istehsalı 150 min tona çatıb. 2020-ci ilə qədər 50 min ha üzümlüyün salınması nəzərdə tutulub ki, bunun üçün yüz milyonlarla ting tələb olunur.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol