• $
  • €
  • ₽
  • ₺
  • £

BVF Azərbaycana səfərinin yekunları barədə bəyanat yaydı

BVF Azərbaycana səfərinin yekunları barədə bəyanat yaydı
03.02.2016 18:30
 BVF işçi heyəti Azərbaycana səfərinin yekunları barədə bəyanat yayıb

 Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl Qorçinin rəhbərlik etdiyi Fondun işçi heyət üzvlərindən ibarət komandası 2016-cı ilin 28 yanvar - 3 fevral tarixlərində Bakıda faktaraşdırıcı məqsədli, habelə texniki yardım müstəvisində əməkdaşlıq sahələrinin müzakirəsi məqsədini daşıyan səfərdə olub. Maliyyə Nazirliyindən verilən məlumata görə, səfərin sonunda missiyanın rəhbəri bəyanat yayıb.
 
Bəyanatda deyilir: "Azərbaycan iqtisadiyyatı, xüsusilə neft qiymətlərinin gözəçarpan dərəcədə aşağı düşməsi, iqtisadi artımın əhəmiyyətli dərəcədə səngiməsi və ticari tərəfdaş olan ölkələrin milli valyutalarının dəyərdən düşməsi nəticəsində, mənfi şoklar silsiləsinə məruz qaldı. İqtisadi artım tempi 2015-ci ilin birinci yarısında yüksək oldu, lakin ilin ikinci yarısında azaldı, cari hesabın profisiti isə heçə endi.
 
Rəsmi orqanlar kənardan pisləşən mühitə qarşı bir sıra cavab tədbirlərini görüblər. Ehtiyatda olan vəsaitin azaldığı və kənar şokların bərkidiyi şəraitdə Azərbaycan Mərkəzi Bankı manatı devalvasiyaya uğratdı və idarə olunan üzən məzənnə rejiminə buraxdı. Devalvasiya rəqabət qabiliyyətini artırmağa kömək etdi. Bundan sonra, Mərkəzi Bank məzənnə çevikliyinin genişlənməsinə şərait yaratdı, ölkədən kapital axınlarının qarşısını almaq üçün tədbirlər gördü və bəzi problemli bankların birləşməsi və ləğvinə başladı. Eyni zamanda, hökumət fiskal siyasəti azalan neft gəlirləri şəraitinə uyğunlaşdırmağa başladı. Gəliryaratma istiqamətində yeni fiskal tədbirlərinin tətbiqi ilə yanaşı, keçmişdə neft qiymətinin kəskin artması nəticəsində həcmi sürətlə genişlənmiş dövlət investisiya qoyuluşu daralmağa başladı. Əlavə olaraq, aztəminatlı əhali təbəqələrini müdafiə etmək üçün yaşa görə pensiya və ünvanlı sosial yardımın məbləği artırıldı. Nəhayət, işgüzar mühiti yaxşılaşdırmaq üçün bir sıra prioritet struktur islahatları elan edildi.
 
Gələcəyə baxdıqda, iqtisadi artım və tədiyə balansı üzərindəki təzyiqlər, yaxın gələcəkdə, rəsmi orqanların üzləşdiyi əsas çağırışlar olaraq böyük ehtimalla davam edəcəkdir. Bununla belə, Azərbaycanın əhəmiyyətli həcmdə ehtiyat vəsaitini nəzərə aldıqda, habelə iqtisadi siyasətlə bağlı cavab tədbirlərinin daha da gücləndiriləcəyi təqdirdə, rəsmi orqanlar yaranmış çağırışların öhdəsindən gəlmək üçün yaxşı mövqeyə malikdirlər. İqtisadi siyasət prioritetlərinə çoxillik fiskal konsolidasiya planının hazırlanması və əvvəlcədən açıqlanması, çevik məzənnə rejiminə keçidə kömək etmək üçün pul siyasəti çərçivəsinin möhkəmləndirilməsi, maliyyə sektoru və nəzarətin gücləndirilməsi və iqtisadiyyatı daha çox şaxələndirmək naminə struktur islahatlarının həyata keçirilməsi daxildir. Bu mənada, biz hökumətin layihələrin səmərəliliyinə daha çox diqqət yetirməklə, 2016-cı ildə dövlət investisiya xərclərini daha davamlı səviyyəyə doğru əlavə olaraq azaltmaq niyyətini dəstəkləyirik. Rəsmi orqanlar və BVF işçi heyəti iqtisadi siyasət məsələləri müstəvisində yaxından dialoq aparmaq və texniki yardımı artırmaq baxımından razılığa gəliblər".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol