• $
  • €
  • ₽
  • ₺
  • £

Sürüşmə sahələri aktivləşib

Sürüşmə sahələri aktivləşib
10.02.2016 17:59
Azərbaycanın bölgələrinə ötən ayın sonlarında yağan qarın əriməsi nəticəsində respublikanın bir çox rayonlarındakı sürüşmə əraziləri aktivləşib.

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə Trend-ə deyib ki, yağıntıların çox olması, qarın tədricən əriməsi nəticəsində xüsusilə Şamaxı-Muğanlı-İsmayıllı yolunda, Ağsu aşırımında, Xızı, Siyəzən, Şabran, Qusarda, Lənkəran-Astara, Lerik yollarındakı, eləcə də Kiçik Qafqazda Gədəbəy, Daşkəsən, Göygöl rayonundakı sürüşmə ərazilərində nisbi fəallaşma müşahidə edilir.

E.Əlizadə bildirib ki, Şamaxı-İsmayıllı yolunda, Lənkəran zonasında, Siyəzən-Şabran zonasındakı sürüşmə ərazilərində fəallaşma nisbətən çoxdur.

İnstitutun direkor müavini qeyd edib ki, Bakıda Zığ sürüşmə zonasında, Abşeron rayonunun Masazır qəsəbəsində və Şəhidlər xiyabanındakı "Əbədi məşəl” abidəsindən Teleteatra tərəf olan hissədə, yamac boyunca nisbi fəallıq müşahidə edilir.

E.Əlizadə Bakıda Zığ sürüşmə sahəsində fəallığın daha çox olduğunu da açıqlayıb: "Şəhidlər xiyabanı tərəfdə aktivləşmə ilk dəfə deyil. Sadəcə olaraq, orada vəziyyət sabit olub, amma son vaxtlar həmin ərazidə nisbi hərəkət, yəni nisbi fəallaşma hiss olunur”.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol