• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt sahəsinə 128 milyon dollar sərmayə

Süni intellekt sahəsinə 128 milyon dollar sərmayə
17.02.2016 18:29
"Facebook” və "Google” şirkətləri Silikon vadisində süni intellekt sahəsi üzrə lider sayılırlar. Hər iki şirkət bu istiqamətdə külli miqdarda vəsait sərmayə yatırıb, "Facebook” messencerində "M” smart köməkçisi və internet nəhənginin süni intellektə malik çatı kimi layihələrin inkişafı üçün ən yaxşı işçiləri işə götürüb.

Başqa İT şirkətləri, həmçinin bu sahədə birinci olmaq istəyirlər. Məsələn, "IBM” korporasiyasının "Watson” layihəsi fitness məşqçi rolunda çıxış edə və televiktorinalarda iştirak edə bilər. Yaxud "Apple” korporasiyası süni intellekt sahəsi üzrə araşdırmalar aparan şirkətləri satın alır, "Microsoft” isə it (həmçinin insan) şəkillərinin tanınması üzrə yeni alqoritmlər yaradır.

"ICTnews” Elektron Xəbər Xidməti "rusbase.com” saytına istinadən yazır ki, "CB Insights” tədqiqat firması Silikon vadisində fəaliyyət göstərən digər şirkətlərin süni intellekt sahəsinə sərmayə yatırımı haqda informasiya dərc edib.

Hesabata əsasən, 2010-cu ildən etibarən 45-dən çox şirkət süni intellekt alqoritmləri üzrə hazırlamalarla məşğul olan startaplara investisiya qoyublar.

2014-cü ilin son rübündə süni intellekt işləmələri üzrə investisiya qoyuluşunun həcmi rekord məbləğ təşkil edib.

2015-ci ildə isə 15 böyük sazişin bağlanması nəticəsində sözügedən sahəyə investisiya yatırımı 128 milyon dollar olub. //ictnews.az


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol