• $
  • €
  • ₽
  • ₺
  • £

Bağlanan bankın kartında qalan maaşı almaq olacaq

Bağlanan bankın kartında qalan maaşı almaq olacaq
19.02.2016 11:25
Bankların bağlanması sözügedən maliyyə qurumundan aylıq məvacib almış vətəndaşların kartlarındakı pulların aqibətini  gündəmə gətirib.
 
Əslində isə vətəndaşın bank kartında qalan aylıq məvacibi də sığortalanan əmanətlərə daxildir. Yəni həmin hesabdakı məbləğ Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış vəsait sayılır. Əgər vətəndaş öz əmək haqqını bank bağlanana qədər kartdan çıxara bilməyibsə, həmin məbləğ fond tərəfindən vətəndaşa kompensasiya olunmalıdır.

"Ümumiyyətlə vətəndaşın istənilən bankda pulu varsa, 30 mindən yuxarı deyilsə və 12%-dən çox faiz dərəcəli deyilsə demək həmin pul sığortalanıb. Həmin məbləğ fond tərəfindən ödənilməlidir. Nəzərə asaq ki əmək haqqlarına faiz gəlmir və ümumiyyətlə məbləği də 30 min böyük ehtimal ki, yoxdur demək vətəndaş pulunu fonddan qanunla tələb edə bilər.” – deyə Vəkillər kollegiyasının üzvü Əkrəm Həsənov bildirib.   

Azərbaycanda bir neçə bankın lisenziyası ləğv edilib, bəziləri isə birləşmək qərarına gəlib. Artıq əmanətlərin sığortalanması fondu qorunan əmanətlərin qaytarılmasına başlayıb. //anspress.com


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol