• $
  • €
  • ₽
  • ₺
  • £

İran neft ixracını artırır

İran neft ixracını artırır
22.02.2016 17:39
İran beynəlxalq sanksiyaların ləğv edilməsindən sonra fevralda neft ixracını gün ərzində 1,4 milyon barelə qədər artırıb.

Oxu.Az İnterfaksa istinadən xəbər verir ki, bu barədə İranın Mehr informasiya agentliyi "National Iranian Oil Co.” (NIOC) şirkətinin beynəlxalq işlər üzrə direktoru Seyad Mohsün Qəmsariyənin sözlərinə istinadən məlumat yayıb.

"Mart ayında İran ixracı gün ərzində 1,56 milyon barelə qədər artıra bilər”, - deyə bu proqnozu Seyad Mohsün Qəmsariyən verib.

Tədarükün əsas hissəsi Avropanın payına düşür.  Bununla yanaşı, Şərqi Avropa İran nefti üçün potensial yeni bazar kimi nəzərdən keçirilir, NİOC-un nümayəndəsi bildirib.

Yunanıstanın "Hellenic Petroleum” şirkəti İran neftinin idxalını ikiqat artıra bilər, bu barədə məlumatı "Shana” agentliyi ölkənin energetika nazirliyinin nümayəndələrinə istinadən yayıb. Bu barədə razılıq Yunanıstanın baş naziri Alkesis Tsiprasın fevralın əvvəlində İrana səfəri zamanı əldə edilib.

Yunan şirkətinin neft tədarükü gün ərzində 150 min barelə çata bilər, İranın Energetika Nazirliyi məlumat yayıb.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol