• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir: TAP-ın tikintisinə gələn ay start verilir

Nazir: TAP-ın tikintisinə gələn ay start verilir
26.02.2016 17:30
Azərbaycanın energetika naziri Natiq Əliyev ABŞ-ın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.

Trend Energetika Nazirliyinə istinadən məlumat verir ki, görüşdə regional, Avropa və qlobal səviyyədə enerji təhlükəsizliyini təmin etmək məqsədilə ABŞ-ın etibarlı enerji istehsalçısı və təchizatçısı kimi Azərbaycanla əməkdaşlığı məsələləri müzakirə edilib. Neftin qiymətinin kəskin düşməsi ilə əlaqədar dünya enerji bazarında yaranmış son vəziyyət, hasilatın "dondurulması” təşəbbüsü ətrafında aparılan danışıqlar və Azərbaycan-İran enerji əməkdaşlığının hazırkı səviyyəsinə dair fikir mübadiləsi aparılıb.

N.Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin imzalanmasını Azərbaycanla İranın enerji sahəsində əməkdaşlığına töhfə kimi qiymətləndirib.

Səfir R.Sekuta isə ABŞ Dövlət Departamentinin Beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın fevralın 29-da Bakıda keçiriləcək "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclası çərçivəsində Azərbaycana baş tutacaq səfərindən bəhs edərək, layihənin gedişatı ilə maraqlanıb. Səfir layihənin icrasının sürətləndirilməsinə kömək edəcək təkliflərin Məşvərət Şurasının iclasında müzakirəyə çıxarılmasını tövsiyə edib.

N.Əliyev "Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı işlərin qrafikə uyğun aparıldığını və Azərbaycanın layihə ilə bağlı öhdəlikləri yerinə yetirdiyini diqqətə çatdırıb. Bildirib ki, "Cənub Qaz Dəhlizi” layihəsinin əsas elementlərindən olan "Şahdəniz Mərhələ 2” üzrə konsepsiyaya körpü ilə birləşdirilən iki dəniz platformasının tikintisi, quyuları sahildəki terminalla birləşdirəcək 500 km uzunluğunda sualtı boru kəmərlərinin inşası, dənizdə tikinti aparan gəmilərin modernləşdirilməsi, yeni qaz emalı və kompressiyası qurğularının yerləşdirilməsi üçün Səngəçal terminalının genişləndirilməsi ilə yanaşı, 2 yarımdalma qurğusu vasitəsilə 26 qaz hasilat quyusunun qazılması daxildir ki, hazırda bu quyulardan 8-i artıq qazılıb. "Cənub Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi” layihəsi üzrə işlər Azərbaycan və Gürcüstan ərazilərində boru kəməri marşrutu boyunca davam etdirilir. İndiyədək TANAP-ın tikintisi üzrə işlərin 20 faizindən çoxu yekunlaşdırılıb. Transadriatik (TAP) boru kəməri layihəsi ilə bağlı tikinti işlərinə isə bu ilin mart ayında başlanması nəzərdə tutulur.

N.Əliyev TAP ətrafında müşahidə olunan çətinliklərdən də söz açaraq ABŞ-ın bu məsələdə mövqeyini yüksək qiymətləndirib. Qeyd edib ki, "Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının II iclası bu layihələrin vaxtında yerinə yetirilməsinə və Azərbaycan qazının Avropaya çatdırılmasına lazımi dəstəyi təmin edəcək.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol