Naxçıvan və Məşhəd arasında sərnişin qatarı işə salına bilər

Naxçıvan və İranın Məşhəd şəhəri arasında sərnişin qatarı işə salına bilər.
Bu barədə "Report"a İranın Naxçıvandakı Baş konsulluğundan bildiriblər.
Məlumata əsasən, İran və Azərbaycan dəmir yolu qurumları arasında bununla bağlı müzakirələr aparılıb.
İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom qeyd edib ki, mövcud infrastrukturu nəzərə alaraq, bu qatarı müzakirələrdən qısa müddət sonra işə salmaq olar.
Qatarın Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd marşrutu üzrə hərəkət edəcəyi gözlənilir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























