• $
  • €
  • ₽
  • ₺
  • £

Kredit təşkilatları Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək

Kredit təşkilatları Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək
03.03.2016 18:00
Azərbaycanda fəaliyyət göstərən banklar Maliyyə Bazarlarına Nəzarət Palatasına üzvlük haqqı ödəyəcək.

"APA-Economics" xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında "Banklar haqqında” qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı məlum olub.

Dəyişikliyə əsasən, qanuna 46-1-ci maddə əlavə olunub. Yeni maddəyə əsasən, banklar maliyyə bazarlarına nəzarət orqanına həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

Bundan başqa, "Bank olmayan kredit təşkilatları haqqında”, "Poçt haqqında”, "Sığorta fəaliyyəti haqqında”, "Qiymətli kağızlar bazarı haqqında” və "İnvestisiya fondları haqqında” qanunlara edilən əlavələrə görə, müvafiq olaraq bank olmayan kredit təşkilatları, milli poçt operatoru, sığorta bazarının peşəkar iştirakçıları, qiymətli kağızlar bazarında fəaliyyəti lisenziyalaşdırılan şəxslər və mərkəzi depozitar, o cümlədən investisiya fondları və onların idarəçiləri  maliyyə bazarlarına nəzarət orqanına  həmin orqan tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.

Sənəd müzakirələrdə sonra plenar iclasa tövsiyə olunub.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol