• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən Whatsapp-a pulsuz çıxış

“Bakcell”dən Whatsapp-a pulsuz çıxış
07.03.2016 15:32
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti yeni Klass tariflərini istifadəyə verməklə, mobil internetdən istədikləri qədər istifadə etmək üçün öz abunəçilərinə daha çox mobil internet trafikini böyük məmnuniyyətlə təqdim edir.

Bununla yanaşı, abunəçilər təqdim olunan bu beş yeni tarif sayəsində səs xidmətlərindən istifadə edərkən vəsaitlərinə qənaət etmək və ünsiyyət qurmaq üçün əlavə imkanlar əldə edəcəklər. 

Bu yeni tariflərə qoşulan bütün abunəçilər Whatsapp tətbiqinə pulsuz qoşulmaq imkanına da malik olacaqlar. 

Bu beş sərfəli Klass tarifinin hər birinin üstünlükləri aşağıdakı cədvəldə göstərilib:

 

Aylıq abunə haqqı

Pulsuz danışıq dəqiqələri, SMS və mobil internet

Ölkədaxili danışıq dəqiqələri

Ölkədaxili SMS

Ölkədaxili internet

Beynəlxalq zənglər

Rouminq Səs (daxil olan)

Pulsuz Whatsapp

5 AZN

100

200 MB

30 gün

10 AZN

250

750 MB

30 gün

25 AZN

750

750

1500 MB

30 gün

45 AZN

1500

1500

5000 MB

50

50

30 gün

75 AZN

Limitsiz

Limitsiz

Limitsiz

100

100

30 gün




"Biz öz müştərilərimizin sadiqliyini həmişə yüksək qiymətləndirir və yeni məhsullar yaradarkən daim onların maraqlarını nəzərə almağa çalışmışıq ki, onların gözləntilərini doğrulda bilək. 

Müştəri davranışı göstəricilərinin müşahidəsi göstərir ki, data xidmətlərinə olan tələbat getdikcə artmaqdadır. Bu faktı nəzərə alaraq, biz eyni aylıq ödənişin müqabilində 3 dəfə artıq internet trafikini təqdim etməyə qərar verdik. Müştərilərimizə Azərbaycanda bütün şəbəkələrə pulsuz zəng vurmaq imkanının verilməsi də ünsiyyət prosesini onlar üçün daha münasib və asan etmək üçün gördüyümüz səylərin nəticəsidir. Biz inanırıq ki, hər bir Bakcell abunəçisi ay ərzində istifadə etdiyi həcmə daha uyğun olan ən sərfəli tarifi asanlıqla tapa biləcək”,- deyə Bakcell şirkətinin baş marketinq direktoru Maria Toyçeva bildirib. "Müştərilərimiz üçün daha bir xoş xəbər Whatsapp tətbiqinə pulsuz mobil çıxış imkanıdır. Artıq hər bir Klass abunəçisi ödədiyi aylıq tarif haqqından asılı olmayaraq mobil internet üçün pul ödəməyərək Whatsapp üzərindən ünsiyyətdə olmaq imkanına malik olacaq. Müştərilərimizi daim ən sərfəli qiymətlər və ən üstün keyfiyyətli

şəbəkə ilə təmin etmək üçün səylərimizi gələcəkdə də davam etdirəcəyik”,- deyə xanım Toyçeva əlavə edib.

5 yeni Klass tarifi haqqında daha ətraflı məlumat üçün bu səhifəyə daxil ola bilərsiniz: www.bakcell.com/klass/az/klass
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol