Mərkəzi Bank: İdarə Heyəti yenidən formalaşdırılmayacaq

Hüquqi statusun dəyişməsi ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti yenidən formalaşdırılmayacaq.
AMB-dən "APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin və Mərkəzi Bankın sədrinin vəzifəyə təyin olunması qaydası Azərbaycan Respublikasının Konstitusiyası və Mərkəzi Bank haqqında qanunla tənzimlənir: "Həmin məsələlərlə bağlı qanunda hər hansı dəyişiklik edilməyib”.
Bildirilib ki, hüquqi statusun dəyişdirilməsi ilə əlaqədar Mərkəzi Bankın işçiləri ilə əmək müqavilələrinə yenidən baxılmayacaq: "Mərkəzi Bankın statusunun dəyişdirilməsi ümumilikdə bank işçiləri ilə əmək müqavilələrinin dəyişdirilməsini tələb etmir".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























