• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz yarmarkaları ilə əlaqədar əmr imzalandı

Novruz yarmarkaları ilə əlaqədar əmr imzalandı
12.03.2016 09:44
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti martın 12-dən 20-dək davam edəcək Novruz yarmarkaları ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçəcək.

Xidmətdən Oxu.Az-a verilən məlumata görə, bununla əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti əmr imzalayıb. 

Bu, bayram ərəfəsi və bayram günlərində Respublikanın digər şəhər və rayonlarında keçiriləcək yarmarkalarda, bazarlarda əhalini keyfiyyətli və təhlükəsiz ərzaq məhsulları ilə təmin etmək, insanların sağlamlığını qorumaq, ticarət yerlərində baytarlıq-sanitariya qaydalarına ciddi nəzarətin aparılması məqsədi daşıyır”, - deyə məlumatda qeyd olunub. 

Məlumata görə, əmrdə bayram ərəfəsi və bayram günlərində rayon (şəhər) baytarlıq idarələrinin rəislərinə heyvan və heyvan mənşəli məhsullarının satışı yerlərində ətin və digər heyvan mənşəli məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi, ticarət üçün ayrılmış yerlərdən kənarda və dövlət baytarlıq (baytarlıq-sanitariya) nəzarətindən keçməyən heyvan, heyvan mənşəli məhsulların və xammalın satışının qarşısının alınması, bazarlarda və yarmarkalarda baytarlıq-sanitariya ekspertiza işlərində keyfiyyətin artırılması tapşırılır.

Xidmətdən qeyd edilib ki, Bakı şəhərinin müxtəlif rayonlarında, Sumqayıt şəhərində və Abşeron rayonu ərazisində təşkil edilmiş yarmarkalara çıxarılacaq heyvan və heyvan mənşəli məhsulların vaxtında və yerindəcə müayinələrinin yüksək səviyyədə təşkili üçün səyyar baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərəcək. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol