• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Əliyev: "Gömrük Komitəsini dünyada nümunəvi bir orqana çevirəcəyik"

Aydın Əliyev: "Gömrük Komitəsini dünyada nümunəvi bir orqana çevirəcəyik"
14.03.2016 11:49
 "Son dövrlərdə Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi ilə bağlı mühüm qərarlar qəbul olunub. Azərbaycan gömrük xidmətini dünyada nümunəvi bir gömrük orqanına çevirəcəyik".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda "Gömrük sistemində inkişaf və gələcək perspektivlər" mövzusunda keçirilən konfransda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
 
"Biz inqilabi dəyişikliklər gözləyirik. Bu gün dünyada baş verən proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr bunu bir daha gündəmə gətirir. Artıq bir neçə ildir ki, dünya iqtisadiyyatı dərin bir iqtisadi böhrandadır. Bu, neft məhsullarının qiyməti ilə, dünyada baş verən siyasi proseslər, bir çox ölkələrdə təhlükəsizliyin təmin edilməməsi  ilə bağlıdır. Təəssüf ki, narahatlıq yaradan sahələr gündən-günə artır. Bir çox yerlərdə müharibələr gedir. Aydın məsələdir ki, bu hadisələr bütün ölkələrin iqtisadiyyatına təsirsiz qalmır. Son illər ərzində dünyada neftin qiymətinin düşməsi ilə bağlı manatın məzənnəsinin dəyişdirilməsi və digər hadisələr ölkə iqtisadiyyatı, iqtisadi siyasəti qarşısında yeni prioritetlər qoyur. Bunu ölkə başçısı da öz çıxışlarında xüsusi qeyd edib. Artıq Azərbaycanda qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması, yeni sənaye müəssisələrin yaradılması əsas prioritet məsələlərdən biridir. Bunun da ilk növbədə gömrük və vergi orqanlarında, iqtisadiyyatı tənzimləyən digər qurumların işi yeni bir mərhələyə qaldırılmalıdır. Bildiyiniz kimi, tarixdə gömrük orqanları iki növ siyasət - azad ticarət siyasəti və ölkədə istehsalın qorunması sahəsində proteksionist siyasəti  həyata keçirə bilərlər. Son aylar Gömrük və Vergi Məcəllələrinə dəyişiklik edilib, iqtisadiyyatı tənzimləyən sahələrlə bağlı çox mühüm qanunvericilik aktları qəbul edilib".

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol