• $
  • €
  • ₽
  • ₺
  • £

Fikrət Yusifov: Banklar dollar bataqlığını dərinləşdirir – bu çox təhlükəlidir

Fikrət Yusifov: Banklar dollar bataqlığını dərinləşdirir – bu çox təhlükəlidir
15.03.2016 16:13

Hazırda ölkənin bank sistemində mövcud olan 43,8 milyard manat əmanət və kreditin 29,6 milyard manatı xarici valyutadadır. Bu bank sistemində olan əmanət və kreditlərin 67,5%-i deməkdir. Bank sistemini düşdüyü bu durumdan xilas etmək üçün kordinal tədbirlər görülməsi tələb olunan bir dönəmdə isə banklar müştəriləri yalnız dollar kreditləri götürməyə təhrik etməklə, düşdükləri bataqlığı daha da dərinləşdirirlər. Bu yazı mətbuatda işıq üzü görənə qədər təşkilatımızın əməkdaşları manatla istehlak krediti almaq üçün 20-yə qədər banka müraciət   etsələr də onlara yalnız dollarla kredit təklif olundu.
 
Hesab edirik ki, öz qazanclarını düşünməkdən başqa heç nəyin fərqində olmayan, yüngül yolla varlanmagı özlərinə seçim etmiş bu banklara, milli valyutamızı belə aşağılamaq imkanı vermək olmaz. Ölkə Prezidentinin manatın nüfuzunu bərpa etmək yolunda ciddi addımlar atdığı  bir dönəmdə, bankların bu özbaşınalığı başa düşülən deyil.  Manat bu dövlətin milli valyutasıdır, dövlətçiliyimizin rəmzidir onu əcnəbi valyutaların ayaqları altına atmaq ən azı vicdansızlıqdır. Milli valyutaya hər kəs hörmətlə  yanaşmağa borcludur və bu işdə hamıdan daha çox borclu olan da elə banklar özləridirlər. Lakin bu gün kredit verdikləri müştərilərlə münasibətlərdə bütün oyun qaydalarını birtərəfli qaydada öz xeyirlərinə müəyyən etmiş banklar, bir tərəfdən yeni kreditləri yalnız xarici valyutada təklif edir, digər tərəfdən isə xarici valyutada kredit götürmüş müştəriləri müxtəlif üsullarla  aldadırlar.  
 
Bank sistemindəki mövcud durum  onun iflasına, əhali arasında isə ciddi narazılığa gətirib çıxara bilər. Odur ki, yaranmış vəziyyətdən çıxmaq üçün ən qısa vaxtda aşağıdakı addımların atılmasını zəruri hesab edirik:
 
- Banklar tərəfindən xarici valyutada kreditlərin verilməsi qadağan edilsin;
- Manatın iki kəskin devalvasiyasından sonra xarici valyuta ilə verilən kreditlərin ödənişini həyata keçirə bilməyən müştərilərin işi banklar tərəfindən məhkəmə müstəvisinə çıxarıldığı hallarda, vaxtıilə ölkə Kostitutsiyasının tələblərini kobud şəkildə pozaraq həmən müştərilərə heç bir seçim qoymayan və onları yalnız xarici valyutada kredit götürməyə təhrik etmiş bank rəhbərləri məsuliyyətə cəlb edilsinlər;
-Manatın iki devalvasiyasına qədər bankların təhriki ilə müştərilərə xarici valyutada verilən kreditlərin məzənnə fərqi onların öz daxili imkanları hesabına ödənilsin. Bunu etmək istəməyən banklarda isə həmin kreditlər sadəcə olaraq bankların zərərinə silinməsi mexanizmi işlənib hazırlansın və tətbiq edilsin;
-Bankların nizamnamə kapitalına tələb 500 milyon manat səviyyəsinə çatdırılsın və bu tələbi yerinə yetirmək üçün onlara 3 ay vaxt verilsin. Bu tələbin formal deyil, real olaraq yerinə yetirilməsinə xüsusi nəzarət edilsin və nəticə etibarı ilə ölkədə geniş şəbəkəsi olan 4-5 bank saxlanılsın.

Fikrət Yusifov "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, İqtisad elmləri doktoru, professor                                


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol