• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı və türkiyəli sürücülər Gürcüstan gömrüyündən narazıdır

Azərbaycanlı və türkiyəli sürücülər Gürcüstan gömrüyündən narazıdır
29.05.2020 08:49
Gürcüstanın gömrük sistemindəki süni əngəllərdən narazılıq edən türkiyəli ağırtonnajlı yük maşınlarının sürücüləri etiraz aksiyası keçiriblər.
 
"APA-Economics" "Kommersant" qəzetinə istinadən xəbər verir ki, Türkiyədən Gürcüstan istiqamətində hərəkət edən yük maşınları Gürcüstan gömrükçüləri tərəfindən yaradılan süni əngəllərlə üzləşirlər.
 
Faktı Türkiyənin Gürcüstandakı səfirliyindən də təsdiqləyiblər: "Bununla bağlı biz qarşı tərəflə müxtəlif səviyyədə danışıqlar aparmışıq. Məlum olub ki, Türkiyədən olan yük maşınlarının detallı şəkildə yoxlanılması Gürcüstan tərəfinin tətbiq etdiyi yeni qaydalarla əlaqədardır. Biz gömrük prosedurlarının minimuma endirilməsi ilə bağlı razılıq əldə etmişik. Bu məsələni diqqətdə saxlayırıq. Düşünürük ki, yük maşınlarının hərəkət etdiyi və "İpək yolu"nun tərkib hissəsi olan Türkiyə-Gürcüstan-Azərbaycan marşrutu olduqca çevik və effektiv olmalıdır".
 
Qəzet yazır ki, azərbaycanlı sürücülər də Gürcüstan gömrüyündəki problemlərdən narazıdır: "Azərbaycanlı sürücülər bildirir ki, Gürcüstan gömrükçüləri təkrar yoxlama adı altında onları gömrükdə daha çox ləngidir. Bəzən bizi apardığımız yükü dəfələrlə boşaldıb, sonra isə təkrar yükləməyi məcbur edirlər. İndiyədək belə hallarla rastlaşmamışdıq. Yaranmış vəziyyət onu deməyə əsas verir ki, əngəllər süni şəkildə yaradılır".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:05
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol