• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəzi Bankın valyuta ehtiyatı sıfırlana bilər - AÇIQLAMA

Mərkəzi Bankın valyuta ehtiyatı sıfırlana bilər - AÇIQLAMA
17.03.2016 14:23
"Mərkəzi Bankın valyuta ehtiyatı sıfırlana bilər” – bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Neftin qiymətinin ucuzlaşmasından sonra Mərkəzi Bank demək olar ki, rezerv ehtiyatının yarısından çoxunu itirib. Hazırda Mərkəzi Bankın rezerv ehtiyatı 4 milyard dollardır. 

Hazırki durumu nəzərə alsaq, yəni dollar bahalaşarsa, Mərkəzi Bankın ehtiyatı sıfırlana bilərmi? Bu qurumun valyuta bazarına az çıxmasının səbəbi nədir? Neft Fondunun valyuta bazarına çıxması Mərkəzi Banka nə qazandırır, eyni zamanda nəyi itirir?

Mart ayında devalvasiya ilə bağlı yayılan proqnozlara münasibət bildirən Vüqar Bayamov məzənnə ilə əlaqədar proqnoz verməyin mümkün olmadığını bildirib: "Çünki hazırda Azərbaycan üzən məzənnə rejimi tətbiq edilmir. Əgər Mərkəzi Bankla kommersiya banklarının tətbiq etdiyi məzənnə arasında 4 faizlik fərq varsa, bu o deməkdir ki, hələ də valyuta rejimi tənzimlənir. Bu valyuta rejimində proqnozu yalnız Mərkəzi Bank verə bilər. Mərkəzi Bank özü inzibati yolla manatın məzənnəsini müəyyən edir. Ancaq bunu bazar özü müəyyən etsəydi, məzənnə barədə proqnoz vermək mümkün olardı. Təəssüf ki, üzən məzənnə rejimi elan edilməsinə baxmayaraq, Mərkəzi Bank yenə də bazarda əsas oyunçudur və manatın məzənnəsinin necə dəyişməsi onun qərarından asılıdır. Mərkəzi Bank bazardan çəkilərsə, ya bazara çıxmazsa, o zaman məzənnənin dəyişməsi mümkündür. Ancaq Mərkəzi Bank bazarda qalıb, mövcud məzənnəyə təsir imkanlarını qoruyub saxlaya da bilər. 
 

Mərkəzi Bank mövcud xərcləmələri davam etdirəcəksə,  ilin sonuna yaxın valyuta ehtiyatı sıfırlana bilər...

Ekspert Mərkəzi Bankın rezerv ehtiyatının psixoloji hədədən çox aşağı olduğunu deyib: "Hazırda Mərkəzi Bankın rezerv ehtiyatı azdır və ona görə də valyuta bazarına az çıxır. Əsasən Dövlət Neft Fondu bazardadır. Amma Mərkəzi Bank da çalışır ki, Neft Fondunun bazara çıxması hesabına, rezervlərini qoruyub saxlasın. Sözsüz ki, Mərkəzi Bank bütün hallarda xərcləmələr həyata keçirməlidir. Çünki Neft Fondunun vəsaiti büdcəyə transfer üçün  dollar satışıdır. Yəni Fond buna görə bazara dollar çıxarır. Hazırki durumu nəzərə alaraq Mərkəzi Bankın rezerv ehtiyatı  (4 milyard dollar) psixoloji həddən çox aşağıdır. Bu da Mərkəzi Bankın manevr imkanlarını məhdudlaşdırır. İndi dollara olan aylıq tələb 500 min və ən yüksək halda 700 mindir.  Mərkəzi Bank dollara olan tələbatı azaltmağa çalışır ki, rezerv ehtiyatını qoruyub saxlaya bilsin. Təbii ki, 4 milyard dollar uzunmüddətli dövr üçün Mərkəzi Banka manevr imkanları vermir. Bu da o deməkdir ki, Mərkəzi Bank mövcud xərcləmələri davam etdirəcəksə, o zaman ilin sonuna doğru onun valyuta ehtiyatı sıfırlana bilər”.
          
Orxan Aslanlı     
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
ABB DAVR-a lisenziya verildi
İqtisadiyyat 11:29
ABB DAVR-a lisenziya verildi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol