Bu yollarda avtomobillərin sıxlığı yarandı

Bu gün Bakının bir neçə küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
"Report"un Nəqliyyatı İntellektual İdaəretmmə Mərkəzindən (NİİM) əldə etdiyi məlumata görə, hazırda Rəşid Behbudov küçəsi (Mərkəzi Bank istiqamətində), Səməd Vurğun küçəsində (MTK-nın qarşısı), İnşaatçılar prospekti (Dövlət Statistika Komitəsi və A. Bakıxanov küçəsi ilə kəsişmə), habelə Badamdar dairəsinin Mikayıl Müşfiq küçəsi ilə kəsişməsi, Tbilisi prospekti, Bakı-Sumqayıt şosesi (paytaxta doğru), Binəqədi şosesi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.
Eyni zamanda İstiqlaliyyət küçəsi, Niyazi küçəsi və Əziz Əliyev küçəsində təmirlə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!























